Pleyeri seçin:

“İsrail itkilərini gizlədir, çünki...” | İran və İsrail arasında atəşkəs uzun çəkməyəcək?

23 iyul 2025 316 baxış

“Tehran yenidən İran ərazisinə hücum edəcəyi təqdirdə İsraildəki hədəfləri vurmağa hazırdır”.

Bunu İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib:

“Biz İsrailin istənilən hərbi addımına hazırıq və qüvvələrimiz onun ərazisinə yenidən zərbə endirə bilər. Biz müharibə axtarmırıq və atəşkəsin daimi olacağını gözləmirik”.

Münaqişənin kəskinləşməsi zamanı hər iki tərəfin bir-birinə “güclü zərbələr” vurduğunu əlavə edən İran Prezidenti qeyd edib ki, İsrail “itkilərini gizlədir”: “İsrail bizim raket zərbələrimizin effektivliyi ilə bağlı hər hansı məlumatın açıqlanmasına mane olur, lakin onun müharibəni dayandırmaq tələbi çox şeydən xəbər verir”.

Pezeşkian həmçinin vurğulayıb ki, İran nüvə silahı əldə etmək niyyətində deyil, beynəlxalq hüquq normalarına uyğun olaraq uranı zənginləşdirməyə davam edəcək: “Biz nüvə silahına malik olmaq imkanını tamamilə rədd edirik – bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir. Lakin beynəlxalq hüquq çərçivəsində gələcəkdə öz ərazisində uranı zənginləşdirməyə davam edəcəyik”.

ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməməsi ilə bağlı bəyanatlarını şərh edən Pezeşkian Tehranın “bununla razılaşdığını” qeyd edib: “Nüvə proqramımızın məhv edildiyi iddiası illüziyadır, çünki bizim imkanlarımız obyektlərdə deyil, alimlərimizin şüurundadır”.

Bu kontekstdə o vurğulayıb ki, nüvə proqramı ilə bağlı istənilən danışıqlar bütün tərəflərin maraqları nəzərə alınmaqla aparılmalıdır və Tehrana qarşı təhdidlər qəbuledilməzdir.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 316 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 316 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 316 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 316 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 316 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 316 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 316 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 316 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 316 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 316 baxış
Seçilmişlər
icon