İsrail Livanın cənubunu bombardman etdi
İsrail Ordusu “Hizbullah” hərəkatının hərbi hədəflərinə yeni silsilə zərbələr endirib.
Bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna həyata keçirdiyi ilk hücumdan bir saat sonra iki şəhərə eyni anda zərbələr endirib.
Vurğulanıb ki, bundan əvvəl İsrail Ordusu mümkün aviazərbələr barədə xəbərdarlıq yayıb, ardınca döyüş təyyarələri Muxruna və Cəbbə yaşayış məntəqələrini bombalayıb.
“Əl-Cazirə” telekanalının məlumatına görə, Cəbbədə zərbə yaşayış rayonundakı binaya dəyib, nəticədə tikili tamamilə dağılıb, yaxın ərazilərə isə ciddi ziyan vurulub.
Daha sonra İsrail hərbçiləri Livanın cənubundakı Əl-Məcədəl və Braaşit şəhərlərini hücuma məruz qoyublar. Zərbələrdən biri Braaşitdəki binanı tamamilə dağıdıb.
#İsrail teqi istifadə olunub
- Hər kəs dəvətlidir, hamı narazıdır, giriş haqqı 1 milyard dollar
- Qəzza Sülh Şurasına hansı ölkələr qoşulacaq?
- İsrail Tramp administrasiyasına gizlicə nə təklif edib? - İranı viran qoyacaqlar? - Baku TV
- İran XİN rəhbəri iğtişaşlarda ABŞ və İsrailin iştirak etdiyini bəyan edib
- ABŞ və İsrailin zərbəsi yalnız rejimi yox, regionu da sarsıda bilər - Baku TV
