İsrail MN əks-hücumda: "Barbarlarla mübarizə aparırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Fələstin anklavına ərzaq, yanacaq və elektrik tədarükünü dayandıraraq Qəzza zolağının tam blokadasına başlayır.
Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib.
“Mən əmr verdim. Qəzza tam mühasirəyə alınacaq. Qəzza zolağına elektrik enerjisi, qida və yanacaq verilməyəcək. Biz barbarlarla mübarizə aparırıq və lazımi cavabı verəcəyik”, – nazir əməliyyat müşavirəsində bildirib.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib ki, İsrail hərbçiləri oktyabrın 7-də Fələstinin radikal HƏMAS təşkilatının silahlılarının sızdığı Qəzza zolağı ilə sərhədə yaxın yaşayış məntəqələrinə nəzarəti bərpa edib. Onun sözlərinə görə, İsrail Ordusunun hazırda “Dəmir Qılınc” əməliyyatı artıq əks-hücum mərhələsinə keçir və onun son məqsədi Qəzza zolağında HƏMAS-ın tamamilə məhv edilməsi olacaq.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
