İsrail ordusu Qəzzanın parlament binasından şəkil paylaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Müdafiə Qüvvələri Qəzza şəhərini nəzarətə götürüb.
Bu barədə məlumatı “The Times of Israel” nəşri yayıb. Məqalədə ordunun şəhərin parlament binasında olduğuna dair fotolar dərc edilib.
Ölkənin müdafiə naziri Yoav Qallant bildirib ki, HƏMAS qruplaşması artıq Qəzza zolağına nəzarət etmir və onlar cənuba doğru qaçırlar.
Nəzarətsiz qalan HƏMAS-ın hərbi bazalarının yerli sakinlər tərəfindən qarət edildiyini deyən Y.Qallant bildirib ki, fələstinlilər artıq hakimiyyətə inanmırlar.
Xarici ekspertlərin fikrincə isə mülki şəxslərin hərbi anbarlardan silah-sursat daşımalarının 2 əsası var. Ya insanlar bu silahlar vasitəsilə könüllü olaraq müharibə iştirakçısı olmaq istəyirlər, ya da silahları oğurlayaraq sursat çatışmazlığı yaratmaqla müharibənin tez bitməsi üçün səy göstərirlər.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
