İsrail ordusundan Livana cavab
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusu “Hizbullah”ın yüksək rütbəli komandirini məhv edib.
"Reuters" İnformasiya Agentliyinin xəbərinə görə, öldürülən şəxs sözügedən qruplaşmanın elit hesab edilən Radvan qüvvələrinin tərkibindəki bölmənin rəis müavini Vissam Həsən Əl-Tavildir.
Bəzi mənbələrdə onun ləqəbinin Həcc Cavad olduğu da qeyd edilir. Bildirilib ki, əl-Tavil başqa bir “Hizbullah” döyüşçüsü ilə birlikdə Livanın Məcdəl Selm kəndinə endirilən zərbələr nəticəsində həlak olub.
Qeyd edək ki, 2023-cü ilin oktyabrın 7-dən başlayan HƏMAS və İsrail toqquşmasında sözügedən qruplaşma aktiv iştirak edir. Son 3 ayda Livanda “Hizbullah”ın 130-dan çox döyüşçüsü öldürülüb.
Qruplaşmanın rəhbəri Seyid Həsən Nəsrullah ötən həftə İsrailə Livana qarşı müharibəyə başlamamaq barədə xəbərdarlıq edərək “Kim bizimlə müharibəni düşünsə, peşman olacaq", – deyə ultimatum göndərib.
İsrailin Baş naziri Benyamin Netanyahu da eyni məzmunlu mesajla çıxış edərək rəsmi Beyruta qarşı amansız olacaqlarını deyib.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
