İsrail Ordusunun Cənubi Livanda hərbi əməliyyatları intensiv şəkildə davam edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı strateji Bofor qalasının ələ keçirilməsini “Hizbullah”a qarşı siyasətində mühüm dönüş adlandırıb.
O vurğulayıb ki, bölgəyə “əvvəlkindən daha güclü” qayıdan İsrail Ordusunun Livanın cənubunda irəliləməsi və strateji yüksəklikləri nəzarətə götürməsi ölkənin təhlükəsizliyi baxımından vacib addımdır.
İsrailin müdafiə naziri də məsələyə münasibət bildirib. İsrael Katzın sözlərinə görə, İsrail Müdafiə Qüvvələri Bofor qalası rayonunda öz mövcudluğunu “təhlükəsizlik zonası” çərçivəsində qoruyub saxlayacaq. O, sərhədyanı ərazilərdə əməliyyatların davam etdiyini və “Hizbullah”ın strateji obyektlərinin sıradan çıxarıldığını vurğulayıb.
Qeyd edək ki, XII əsrdə 300 metr hündürlükdə salınmış Bofor qalası Litani çayından şimalda, Beyruta 100 kilometr cənubda yerləşir. Orta əsr qalasının xarabalıqlarının ucaldığı təpədən Cənubi Livanın və Qalileyanın şimal hissəsinin bir çox rayonları görünür.
“İsrail Ordusu Suriya ərazisinə daxil olub”. Bu barədə isə SANA agentliyi yerli mənbələr istinadən xəbər verib.
Bildirilib ki, iki hərbi nəqliyyat vasitəsindən ibarət dəstə Seydə əl-Qolan kəndi ilə Məzrəət əl-Bəsəli arasındakı yol boyunca irəliləyib. İsrail əsgərləri ərazidən keçən insanları saxlayıb, onları yoxlayıb və sonra geri çəkiliblər.
Analoji hadisənin Dəra vilayətində də yaşandığı vurğulanıb. Agentliyin yazdığına görə, İsrail Ordusu içərisində 150 əsgərin olduğu 4 hərbi maşınla Dəra vilayətindəki kəndlərdən birinə daxil olub və eyni fəaliyyəti həyata keçirib.
#Benyamin Netanyahu teqi istifadə olunub
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
