İsrail parlamentində qalmaqal yaşandı | Dünya gündəmində olan xəbərin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin ərəbəsilli deputatı Ayman Odeh Knessetdə çıxışı zamanı Qəzzada aparılan genişmiqyaslı hərbi əməliyyatları sərt şəkildə tənqid etdikdən sonra fiziki müdaxilə ilə iclas zalından çıxarılıb.
Ayman Odeh tribunada çıxış edərkən İsrail Ordusunun Qəzzada mülki insanlara qarşı həyata keçirdiyi əməliyyatları “yalnız günahsızlara qarşı müharibə” adlandırıb.
A.Odehin emosional çıxışı zamanı təhlükəsizlik əməkdaşları onun mikrofonunu əlindən almağa çalışıb və bir neçə dəqiqə sonra deputatı zorla zalı tərk etməyə məcbur ediblər.
Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb və geniş rezonansa səbəb olub. A.Odehin çıxışı zamanı səsləndirdiyi sözlər – “Only a war against innocent”, yəni “yalnız günahsızlara qarşı müharibə” ifadəsi beynəlxalq mediada geniş müzakirə olunur.
Ayman Odeh İsraildə ərəblərin hüquqlarını müdafiə edən “Birləşmiş Ərəb Siyahısı”nın rəhbərlərindən biridir və uzun illərdir ki, Fələstin məsələsində ədalət çağırışları ilə çıxış edir.
Xatırladaq ki, İsrail Ordusunun Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində çoxsaylı mülki vətəndaş həyatını itirib və beynəlxalq ictimaiyyət arasında ciddi narahatlıqlar doğurub.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
