İsrail Qəzzaya zərbələr endirdi | Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzada vəziyyət gərgin olaraq qalır. İsrail Ordusunun anklava endirdiyi zərbələr nəticəsində 27 nəfər həlak olub. Ölənlər arasında HƏMAS hərəkatının üç komandiri də var.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Cəbəliyyə” batalyonunun komandir müavini İyad Naseri, həmin batalyonun mərkəzi bölüyünün komandiri Həsən Məhəmməd Marini və “Beyt-Hanun” batalyonunun bölük komandirinin müavini Mühəmməd Zəki Hamadı zərərsizləşdirilib.
Bu arada, vasitəçilər qismində çıxış edən Qətər, Misir və ABŞ İsrail və HƏMAS hərəkatına Qəzza zolağında atəşkəs və girovların azad olunması ilə bağlı yenilənmiş razılaşma təklifi təqdim ediblər.
Bildirilib ki, İsrail tərəfindən irəli sürülən bir sıra güzəştlər yeni təklifdə əksini tapıb və bu, tezliklə razılaşmanın əldə olunmasına şərait yarada bilər.
Həmçinin qeyd olunub ki, son 10 gün ərzində Doha danışıqları zamanı tərəflər arasında bəzi fikir ayrılıqları aradan qaldırılıb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
