İsrail qoşunları Livanın Aynata istiqamətində irəliləyir
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail bölmələri Livanın cənubdakı 8 yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib.
"Asharq al-Awsat"ın məlumata görə, cəbhənin mərkəzi sektorunda İsrail qüvvələri Ət-Tayba şəhərindən Deyr-Siryan bölgəsinə doğru irəliləyir və Litani çayının sahillərinə çatmağı hədəfləyir.
Nəşrin qeyd etdiyinə görə, şərq sektorunda İsrail qüvvələri Litanidən cənubda ən böyük şəhər hesab edilən Bint-Cbeyl şəhərini mühasirəyə almağa hazırlaşır.
Hücum İsrailin nəzarəti altına keçən Marun ər-Ras və Yaroundan həyata keçirilir. Şimaldan isə kalon Aynata istiqamətində irəliləyir.
Həmçinin bildirilib ki, Bint-Cbeylin qərbində İsrail qüvvələri Aita əl-Şəb, Dibl, Ramiya və Əl-Kovzəx kəndlərini ələ keçirib. Beyt-Lif şəhərinin kənarında döyüşlər davam edir. Bundan əlavə, qoşunlar Əl-Xiyam şəhərinin şimal hissəsinin təmizlənməsini başa çatdırırlar.
Vurğulanıb ki, burada üç həftəlik döyüşlərdən sonra müqavimət mərkəzləri qalır. Qəzet qeyd edir ki, Əl-Xiyam "Hizbullah" bölmələri tərəfindən Arqubdan Qərbi Bekaa bölgəsinə keçidi idarə etmək üçün qala kimi istifadə olunurdu.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
