İsrail "Hizbullah"ın hərbi qərargahına hava hücumu etdi
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum edib.
Endirilən zərbə zamanı hərəkatın baş katibi Həsən Nəsrullahın qərargahda olduğu və öldürüldüyü iddia edilir.
Eyni zamanda zərbə zamanı qərargahda Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullahın da olduğu, onun da öldürüldüyü xəbəri yayılıb.
İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari qeyd edib ki, ordu müdafiə və hücuma maksimum hazır vəziyyətdədir.
Qeyd olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahu hələ sentyabrın 26-da Nyu-Yorka uçmazdan əvvəl “Hizbullah”ın qərargahına zərbə endirmə əməliyyatını təsdiqləyib, bundan sonra İsrail Ordusu uyğun anı gözləyib. Beyruta hücumdan qısa müddət sonra Netanyahu ABŞ-yə səfərini yarımçıq qoyub, İsrailə qayıtmaq qərarına gəlib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
