İsrail raketlərin potensial çatışmazlığı ilə üzləşdi | Elə şeylər açıqlandı ki…
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail İran və onun proksi qüvvələrinin mümkün hücumlarına qarşı hava hücumundan müdafiəni gücləndirdiyi üçün raketlərin potensial çatışmazlığı ilə üzləşib.
Bu barədə “Financial Times”da dərc edilən məqalədə bildirilib.
ABŞ-nin keçmiş yüksək səviyyəli rəsmisi, hərbi ekspert Dana Stroul nəşrə açıqlamasında deyib ki, İran və “Hizbullah” İsrailə eyni vaxtda hücum etsə, İsrailin Hava Hücumundan Müdafiə sistemi alt-üst ola bilər.
D.Stroul həmçinin qeyd edib ki, ABŞ həm Ukrayna, həm də İsrail üçün təchizat səylərini qeyri-müəyyən müddətə davam etdirə bilməz, çünki resurslar kritik həddə çatır.
Nəşr xatırladıb ki, aprel ayında ABŞ və digər müttəfiqlərinin köməyi ilə İsrail İranın atdığı pilotsuz təyyarələr, qanadlı və ballistik raketlərin 99 %-ni məhv etməyi bacarmışdı. İranın 1 oktyabrdakı hücumu zamanı isə təxminən 30 raket “Nevatim” aviabazasına düşüb, biri isə MOSSAD-ın qərargahı yaxınlığında partlayıb.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
