İsrail təhlükəsi müxalif qüvvələri təcili hərəkətə keçirdi | Yeni qurulan ordunun özəllikləri
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyada Bəşər Əsəd rejimini devirən müxalif qüvvələr rəsmən nizami ordu strukturuna keçir.
Keçid hökuməti təcili olaraq yeni ordunun qurulmasına start verib.
Yeni ordu ilkin olaraq İdlibdəki qruplarla, mərhələli olaraq Suriya Milli Ordusu, Dera-Kuneytra xəttindəki cənub qruplarını vahid bir qurum altında birləşdirəcək.
Yeni administrasiyanın müdafiə naziri Murhaf Əbu Kasranın başçılığı ilə Dəməşqdə keçirilən toplantıda bölgə və qrup fərqi nəzərə alınmadan bütün Suriyanın müdafiəsini öz üzərinə götürəcək ordu sxemi müxalifət komandirləri ilə paylaşıb.
Yeni Suriya Ordusunun qurulmasında Türkiyə yaxından iştirak edəcək.
Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi öyrənilib.
Bundan əlavə, əldə edilmiş razılaşmalar tətbiq olunduqdan sonra Suriyanın 5 fərqli nöqtəsində Türkiyənin hərbi varlığı olacaq.
Suriyalı general Əhməd Osmanın sözlərinə görə, ilkin mərhələdə təcili olaraq 70-80 min nəfərlik ordu formalaşdırılması nəzərdə tutulur və mərhələli şəkildə bu sayın 300 minə çatdırılması nəzərdə tutulur:
“Dəməşqin məqsədi yaxın bir il yarım ərzində 300 min nəfərlik ordu strukturu yaratmaqdır. Daxildəki həssas vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”.
O eyni zamanda bildirib ki, Əsəd rejiminin süqut etdiyi gün 470 min nəfərlik bir polis, ordu və kəşfiyyat qüvvəsi olub.
“Yeni ordu qurularkən rejimdə cinayətlə əlaqəsi olmayan zabitlər, kəşfiyyatçılar və sıravilərin də orduya cəlb olunması nəzərdə tutulur. Onlarla birlikdə ordunun sayı qısa zamanda 150-200 minə çatdırılacaq. Bu nöqtədə Türkiyənin hərbi dəstəyi fövqəladə əhəmiyyət kəsb edir”.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
