İsrail Türkiyənin Qəzza zolağındakı rolunu azaltmağa çalışır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail ABŞ administrasiyasından Prezident Donald Trampın yaratmaqda olduğu Sülh Şurasına Prezident Rəcəb Tayyib Ərdoğanın daxil edilməməsini xahiş edib.
Bu barədə iki rəsmi şəxs “Jerusalem Post”a məlumat verib.
Məsələ son həftələrdə Trampın Qəzza ilə bağlı planının icrasının davam etdirilməsinə yönəlmiş İsrail-ABŞ danışıqları zamanı qaldırılıb.
İsrail Tramp planının növbəti mərhələsində Qəzzada yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq sabitləşdirmə qüvvələrinin tərkibində Türkiyə qoşunlarının iştirakına veto qoyub.
Donald Tramp dekabrın 29-da Mar-a-Laqoda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra məsələ ilə bağlı jurnalistlərin sualını belə cavablandırmışdı:
“Məncə, bu, yaxşı haldır. Türkiyə əladır. Ərdoğanı çox yaxşı tanıyıram, hamınızın bildiyi kimi, o, mənim yaxşı dostumdur, ona inanıram və hörmət edirəm”.
Nəşr yazıb ki, İsrail son həftələr Türkiyənin Qəzzanın bərpasında iştirakını da mümkün qədər məhdudlaşdırmaq üçün çalışıb. İsraildə belə bir narahatlıq var ki, Türkiyənin humanitar məsələlər və bərpa işlərinə cəlb olunması Ankaraya Qəzza zolağına nəzarətdə əhəmiyyətli mövqe qazandıra bilər.
Bəzi İsrail rəsmiləri isə hesab edirlər ki, Ərdoğan Sülh Şurasının üzvü olmalıdır. Bunun səbəblərindən biri Türkiyənin Misir və Qətərlə yanaşı, HƏMAS-la imzalanmış razılaşmanın təminatçısı olmasıdır. Hələlik Sülh Şurasının tərkibi ilə bağlı yekun qərar verilməyib.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
