İsrail Yəmənin paytaxtında hava limanını bombaladı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla döyüş təyyarəsi Yəmənin Səna şəhərinin hava limanı ərazisində husilərin hədəflərinə 50 bomba atıb.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qırıcılar 15 dəqiqə ərzində Sənanın əsas aeroportunu bombalayıb. Zərbələr hava limanında uçuş-enmə zolaqlarına, təyyarələrə və infrastruktura ziyan vurub. Həmçinin husilərin istifadə etdiyi əsas elektrik stansiyalarını və beton zavodunu sıradan çıxarıb.
“Qəzza zolağında əməliyyatlar dayandırılmayana qədər İsrail ərazisinə zərbələr endirəcəyik”. Bu barədə husilərin yaydığı bəyanatda bildirilib.
“İsrailin Qəzza zolağında etdiklərinə sadəcə seyrci qala bilmərik. Hərbi əməliyyatlar bitənə və anklavda blokada aradan qaldırılana qədər hücumlarımız davam edəcək, Yəmənin Fələstinə dəstəyi dayanmayacaq”, ‒ deyə hərəkatın açıqlamasında qeyd olunub.
#Yəmən teqi istifadə olunub
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
- Yəməndə husilərlə hökumət qüvvələri arasında qarşıdurma yenidən şiddətlənib - Baku TV CANLI
