İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin müdafiə naziri Yoav Qalant vəzifəsindən azad olunub. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə nazirini istefaya göndərib.
Bu, Y.Qalantın həmvətənlərinə xüsusi müraciətindən sonra baş verib və o, müxalifətin etirazına səbəb olan məhkəmə islahatının parlamentdə müzakirəsinin dayandırılmasının tərəfdarı olduğunu bildirib. Siyasətçinin fikrincə, ölkənin məhkəmə sistemində dəyişikliklər zəruridir, lakin geniş dialoq yolu ilə həyata keçirilməlidir.
O, islahatla bağlı mübahisələr səbəbindən İsrail cəmiyyətində yaranan parçalanmanın artıq İsrail Müdafiə Qüvvələrinin sıralarına dərindən nüfuz etdiyini deyib. Xüsusən də son həftələr islahatla razılaşmayan ehtiyatda olan ordunun hərbçiləri arasında xidmətdən imtina çağırışları daha çox yayılıb.
Bu arada, Y.Qalantın istefasının elanından sonra başlayan etiraz aksiyası artıq 58 min insanı toplayıb. Etirazçılar Ayalon şosesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Polis hələ ki ciddi müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.
#İsrail teqi istifadə olunub
- İran nüvə müqaviləsindən çıxdı | ABŞ, İsrail və İran arasında gərginlik daha da artacaq? - Baku TV
- İsrail və ABŞ İrana qarşı yeni hərbi əməliyyat ehtimalını müzakirə edir - Baku TV CANLI
- ABŞ və İsrail yeni hərbi əməliyyatı nəzərdən keçirir
- "Mossad"ın gizli dosyesi Trampın qərarını dəyişəcək? - Baku TV
- İsrailin Baş naziri İranla hərbi qarşıdurmanın qaçılmaz olduğunu bəyan edib - Baku TV CANLI
