İsraildən Hizbullaha hücum: HƏMAS obyektləri darmadağın edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Son bir neçə saat ərzində İsrail Müdafiə Qüvvələri Livanla sərhəd boyu “Hizbullah” terror təşkilatına məxsus hədəflərə zərbələr endirib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, bu, oktyabrın 18-də baş verən atışmaya cavab olub. Məhv edilən hədəflər arasında strateji əhəmiyyət kəsb edən dənizə baxan müşahidə məntəqəsi də var.
Eyni zamanda zərbə nəticəsində müxtəlif terror təşkilatlarının yüksəkrütbəli üzvləri, o cümlədən “Xalq Müqavimət Komitələri”nin Rəfah hərbi şöbəsinin rəhbəri də ölüb.
Son sutka ərzində HƏMAS-ın yüzlərlə strukturuna, o cümlədən Şucayyadakı onlarla obyektinə zərbələr endirilib. Tank əleyhinə raket buraxılış məntəqələri, terrorçu tunellərinin şaxtaları, kəşfiyyat infrastrukturu və əlavə komanda mərkəzləri də məhv edilib.
Aviazərbələr nəticəsində “Xalq Müqavimət Komitələri” terror təşkilatının Rəfahdakı hərbi bölməsinin rəhbəri Rafat Harb Hüseyn Əbu Hilalı da zərərsizləşdirilib.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
