Pleyeri seçin:
İsraildən Livana ağır zərbə | Ölən və yaralıların sayı açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Hərbi Hava Qüvvələrinin noyabrın 22-dən 23-nə keçən gecə Beyruta endirdiyi hava hücumu nəticəsində ən azı 11 nəfər həlak olub.
Bu barədə xarici mətbuatda məlumat verilib. Bildirilib ki, həlak olanlarla yanaşı, 33 nəfər yaralanıb.
Belə ki, yerli vaxtla saat 04:00 radələrində Beyrutda bir neçə güclü partlayış baş verib. İsrail Hərbi Hava Qüvvələri tərəfindən azı dörd raket atılıb. Raketlərdən biri çoxmərtəbəli yaşayış binasına düşüb.
Hadisə nəticəsində bina tamamilə dağılıb, yaxınlıqda yerləşən digər binalara və obyektlərə ciddi ziyan dəyib.
Bu, son bir həftə ərzində İsrailin Beyrutun mərkəzinə endirdiyi dördüncü hava zərbəsidir.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
