İsraildən Livana qarşı qisas əməliyyatı | Gərginlik daha da artır
Yeniliklərdən dərhal xəbərdar olun
Livan-İsrail sərhədində davam edən gərginliyin fonunda “Hizbullah” hərbi qruplaşması İsrailin şimalındakı Şamir qəsəbəsinə və Khirbet Maar hərbi bazasına hücum edib.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, qruplaşma Mərcayun şəhərinin hədəfə alınmasına cavab olaraq Şamir qəsəbəsini Katyuşa raketləri ilə atəşə tutub. Nəticədə itki qeydə alınmayıb.
Xəbərə görə, Livandan atılan 20-yə yaxın raketin əksəriyyəti zərərsizləşdirilib, bəziləri isə açıq ərazilərə düşüb.
İsrail də eyni zamanda Livanın Xiyam, Qəbrixa və Deyr Mimas şəhərləri istiqamətinə cavab zərbələri endirib. Nəticədə 2 nəfər yaralanıb.
Bundan başqa, SAXAL Aita əş-Şaabda “Hizbullah”a aid binanı da vurub. Ölən və yaralananlar barədə isə hələlik məlumat verilməyib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
