İsraildən livanlılara xəbərdarlıq | Məqsədimizə çatana qədər davam edəcəyik!
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz Livanda hücumlarımızı dərinləşdiririk. İcra etdiyimiz hərbi antiterror əməliyyatları davam edir və məqsədlərimizə çatana qədər davam edəcək”.
Bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant deyib.
“Niyyətimiz şimal sakinlərini sağ-salamat evlərinə qaytarmaqdır. İndi xalqın soyuqqanlılıq, nizam-intizam nümayiş etdirməli və Daxili Cəbhə Komandanlığının göstərişlərinə tam itaət etməli olduğu dönəmlərdəyik”, – o bildirib.
Yoav Qallant Livanın cənubundakı sakinləri “Hizbullah”ın silah saxladığı evləri və digər binaları dərhal tərk etməyə səsləyib:
“Livanlılar nəzərə alsın ki, “Hizbullah” yaraqlı qrupuna qarşı tərəfimizdən “genişmiqyaslı aviazərbələr” icra ediləcək”.
Müdafiə naziri əlavə edib ki, “Hizbullah”ın yüksəkrütbəli komandirinin və onlarla döyüşçünün ölümünə səbəb olan son zərbələrinə cavab olaraq silahlı qruplaşma üzvləri İsrailin şimalına 150-yə yaxın raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
