İsraildən Qəzzaya hava hücumu | Bir ailənin 5 üzvü...
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin sutka ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölən və yaralananlar var.
Ölkənin hərbi aviasiyasının hədəfində əsasən regionun cənub və mərkəzi hissələri olub.
Xarici medianın məlumatına görə, Rəfah bölgəsinə aviazərbələr zamanı bir ailənin 5 üzvü həlak olub. Nuseyrada qaçqın düşərgəsi və Qəzzanın şimalına hava hücumları isə 4 nəfərin həyatına son qoyub.
Zərbələrin hədəfində ümumilikdə 40 fərqli məntəqə olub. İsrail ordusu əsasən tank əleyhinə raket, habelə minaatanlardan istifadə edildiyini açıqlayıb.
Bu arada, “İslami Cihad” qruplaşması da İsrailin cənubunu hədəfə alıb. Dağıntı və tələfat barədə informasiya verilməyib.
Qeyd edək ki, Fələstinin Səhiyyə Nazirliyinin açıqladığı məlumata görə, İsrailin Qəzzaya hərbi müdaxiləsi zamanı 38 min fələstinli qətlə yetirilib.
#İsrail teqi istifadə olunub
- Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR
- İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
- Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
