İsraildən ümidi itirən Sudandan qalmaqallı qərar | Şeytanla da sövdələşərik, çünki...
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail 2023-cü ildən bəri ölkəni bürüyən vətəndaş müharibəsi fonunda Sudanın İranla yaxınlaşmasından narahatdır.
Bu barədə İsrailin “Kan” telekanalı məlumat yayıb.
Sudanın hərbi lideri Əbdülfəttah əl-Burxan 2016-cı ildə İranla kəsilən diplomatik əlaqələri 2024-cü ilin iyulunda bərpa edib. Kanal bildirir ki, o vaxtdan bəri əl-Burxan Tehrandan hərbi yardım alır.
Məlumatda vurğulanır ki, əl-Burxan İsrailin ona hərbi dəstək verməməsindən məyus olandan sonra İrana müraciət edib.
Əl-Burxan xüsusi olaraq Tehrandan kömək istəməsə də, Sudan liderinə yaxın bir mənbə “Kan”a deyib: “Sudan onu silahla təmin etməkdə maraqlı olan hər hansı tərəflə əməkdaşlıq etməyə məcburdur. Hazırda Sudana açıq və gizli şəkildə kömək etmək istəyən hər kəs üçün böyük bir fürsət var”.
Mənbə Şimali Afrika ölkəsinin İsraildən belə bir yardım gözlədiyini, bunun münasibətlərdə böyük sıçrayışa səbəb ola biləcəyini söyləyib.
“İsraildən yardım olmayanda Sudan köməksiz qaldı. Sudanın dostları ondan üz döndərdikdən sonra İrana müraciət etdi. Sudanın maraqları naminə biz hətta şeytanla da sövdələşərik”.
#İsrail teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
