Pleyeri seçin:

İsrailin amansız hücumlarının nəticələri üzə çıxdı | Detallar açıqlandı

16 iyul 2025 494 baxış

İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayı və Müdafiə Nazirliyinin binasına zərbələr endirib.

Suriya Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, İsrail Silahlı Qüvvələrinin Dəməşqə hava zərbələri nəticəsində azı 3 nəfər ölüb, 34 nəfər yaralanıb. İsrail aviasiyası Suriyanın cənub bölgələrinə də zərbələr endirib.

Məlumata görə, bu dəfə Dəraa əyaləti atəşə tutulub. Aviazərbələr nəticəsində ölənlərin sayı və dəymiş ziyan barədə hələlik məlumat yoxdur.

Bunun fonunda Suriya Mülki Aviasiya İdarəsi Dəməşq və Bəsrəni birləşdirən hava dəhlizlərindən birini müvəqqəti bağlamaq qərarına gəlib.

Bu arada Suriyanın iyulun 13-dən silahlı qarşıdurmaların getdiyi Əs-Süveyda şəhərində atəşkəslə bağlı razılıq əldə olunub. Bu barədə SANA agentliyinə Suriya Daxili İşlər Nazirliyindəki mənbə bildirib.

Məlumata görə, Əs-Süveydada nəzarət-buraxılış məntəqələrinin yaradılması və şəhərin tam dövlət nəzarətinə qaytarılması şərti ilə atəşkəs barədə razılıq əldə olunub.

Xatırladaq ki, iyulun 13-də Əs-Süveyda əyalətində ərəb qəbilə silahlıları ilə druzların özünümüdafiə dəstələri arasında toqquşma olub. İyulun 15-də Suriya Ordusu vəziyyəti sabitləşdirmək üçün eyniadlı vilayətin inzibati mərkəzinə daxil olub və orada əməliyyata başlayıb. Bundan bir qədər sonra İsrail vilayətin druz əhalisini qorumaq istəyini əsas gətirərək Suriyanın hərbi kolonlarını vurmağa başlayıb.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 494 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 494 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 494 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 494 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 494 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 494 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 494 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 494 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 494 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 494 baxış
Seçilmişlər
icon