Pleyeri seçin:
İsrailin Baş Qərargah rəisi Qəzzaya daxil olmağa hazırlaşan qoşun qarşısında nitq söylədi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağına daxil olmağa hazırlaşan piyada qoşunlar qarşısında çıxış edib.
Herzi Halevi qeyd edib ki, HƏMAS-ın onlara qarşı “sürprizlər” hazırladıqlarından xəbərdardırlar, lakin İsrail hərbçiləri bütün tapşırıqların öhdəsindən gəlməyə hazırdırlar:
“Biz Qəzza zolağına daxil olacağıq. HƏMAS yaraqlılarını, HƏMAS-ın infrastrukturunu məhv etmək missiyasını yerinə yetirəcəyik. Qəzza sıxdır, orada çoxlu düşmən var, o hazırlaşıb, amma biz də hazırlaşmışıq”, – İsrail Ordusunun Baş Qərargah rəisi bildirib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
