İsrailin BMT-dəki nümayəndəsi: HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır
Yeniliklərdən dərhal xəbərdar olun
İsrail HƏMAS-ın “döyüş maşınına” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.
Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxış edərkən deyib.
“Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil. HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz”, – o qeyd edib.
Eyni zamanda səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib:
“HƏMAS yəhudilərə qarşı daha bir soyqırımı törətmək istəyib, Təhlükəsizlik Şurası bu alçaq hücuma heç köklənmədi belə. Bu günədək heç ən sadə şeyi – Təhlükəsizlik Şurası olaraq, HƏMAS-ın terror hücumunu qınamamısınız. Sadəcə humanitar yardım və humanitar dəhlizlərdən danışırsınız”.
Diplomat HƏMAS-ın öz xalqının arxasında gizlənərək İsrail şəhərlərini atəşə tutduğunu xatırladıb və BMT-nin bunu pisləmədiyini qeyd edib:
“HƏMAS seçkilərdə Qəzza xalqı tərəfindən seçilib. Sonra Qəzza zolağının hər qarışını döyüş maşına çevirib. Təhlükəsizlik Şurası harada idi? HƏMAS-ın məqsədi Qəzzada mülki itkilərin sayını artırmaqdır: bu, ssenarinin parçasıdır. Onlar İsraili savaş meydanında yenə bilməyəcəklərini yaxşı bilirlər”.
Yekunda Gilard Erdan BMT və Təhlükəsizlik Şurasının “bəzi” üzvlərindən üzr tələb edib:
“Biz üzr tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. Siz HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
