“İsrailin bütün qonşularını...” | Netanyahudan Fələstinlə bağlı sensasiyalı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“İsrail tam suveren Fələstin dövlətinin yaradılmasına və ona əsas səlahiyyətlərin, ilk növbədə təhlükəsizlik sahəsində səlahiyyətlərin verilməsinə razı olmayacaq”.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Hesab edirəm ki, fələstinlilərin özünüidarəetmə üçün bütün səlahiyyətləri olmalıdır, lakin bizi təhdid etmək üçün heç bir səlahiyyəti olmamalıdır. Bu o deməkdir ki, müəyyən səlahiyyətlər, məsələn, təhlükəsizliklə bağlı səlahiyyətlər həmişə bizim əlimizdə qalacaq”, ‒ hökumət başçısı Yaxın Şərq məsələsinin iki dövlətli həll yolunu mümkün hesab edib-etmədiyi barədə sualı cavablandırarkən deyib.
“Fakt bundan ibarətdir. İsraildə heç kim başqa varianta razı olmayacaq, çünki biz intihar etmək niyyətində deyilik. Biz elə bir sülh yaratmaq istəyirik ki, orada bizim təhlükəsizliyimiz, təhlükəsizlik sahəsində suveren səlahiyyətlərimiz hər zaman öz əlimizdə olsun”, ‒ Baş nazir söyləyib.
Onun fikrincə, hazırda Yaxın Şərqdə İsrailin “bütün qonşularını” əhatə edən “çox geniş sülh” imkanı mövcuddur.
Tramp isə Fələstin-İsrail münaqişəsinin iki dövlətli həlli imkanı ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
“Bilmirəm. Bu sualı Bibiyə (Benyamin Netanyahu) verin”, ‒ ABŞ Prezidenti bildirib.
#Benyamin Netanyahu teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
