İsrailin hərbi əməliyyatlarından sonra Qəzzada son vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
2023-cü ilin oktyabrından İsrail və HƏMAS arasında münasibətlər kəskinləşdikdən sonra Qəzza zolağında keçirilən hərbi əməliyyatlar nəticəsində bu günə qədər həlak olan fələstinlilərin sayı 41 min nəfərə yaxınlaşıb.
Bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.
“İndiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 972 nəfərə, yaralıların sayı isə 94 761 nəfərə çatıb. Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif bölgələrini atəşə tutmasından sonra 33 fələstinli həlak olub, 145 nəfər yaralanıb”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə daxil olmasından və 200-dən çox mülki şəxsi girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
