İsrailin İrana zərbəsi münaqişəni qızışdıracaq? | Dəhşətli proqnoz
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin İrana qarşı hücumlarından sonra ölkələr arasında münaqişə yeni, daha təhlükəli mərhələyə qədəm qoya bilər.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, ən azı indi total müharibədən söhbət getmir. Qəzet yazıb ki, hazırda nəzarətsiz münaqişənin başlaya biləcəyi perspektivi daha ciddiləşir.
“The New York Times” əlavə edib ki, İsrail İran torpaqlarında qətllər və təxribatlarla bağlı uzun illər strateji susqunluqdan sonra ilk dəfə İranda hərbi əməliyyatı açıq şəkildə etiraf edib.
Bu arada İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı artıb. İsrailin oktyabrın 26-da hücumları zamanı öldürülən digər iki iranlı hərbçi Səccad Mənsuri və Mehdi Nəqəvidir. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bununla da İsrailin hücumu nəticəsində ölən İran hərbçilərinin sayı ümumilikdə dörd nəfərə çatıb. Bildirilib ki, onlar hücumların qarşısını alarkən həlak olub.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
