İsrailin sensasiya yaradan hədəf siyahısında kimlər var? - Bu ölkədən təcili reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin ən nüfuzlu yerli telekanallarından biri olan “Kanal 14” gözlənilməz açıqlama verib.
Belə ki, aparıcı 6 liderin fotosu olan tablonu nümayiş etdirərək onların İsrailin yeni hədəfləri olduqlarını bildirib. Tabloda İsmayıl Qaani, Əli Əs-Sistani və Ayətullah Əli Xameneinin də şəkli var.
Bəlli xəbərə İraq hakimiyyətindən cavab özünü çox gözlətməyib. Hökumət başçısı Bəssim Əl-Avadi bildirib ki, İsrail mediasının özbaşınalığı qəbuledilməzdir.
Onun sözlərinə görə, Əli Əs-Sistaniyə qarşı hücum planı islam dünyasına və ali rəhbərin nüfuzuna xələl yetirmək niyyəti daşıyır.
“Onu gözdən salmağa çalışırlar. İraq hökuməti ərəb və islam dünyasını, beynəlxalq ictimaiyyəti bu zorakılığa son verməyə, eləcə də İsrailə qarşı lazımi ölçülərin götürülməsinə səsləyir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İran tərəfi hələ ki sözügedən məsələ ilə bağlı susqunluq nümayiş etdirir.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
