İsrailin təklifinə rədd cavabı gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstin İsrailin İordan çayının qərb sahilinin və Qəzza zolağının idarə olunması üçün texnokratik hökumətin, yəni elmi-texniki konsepsiyalara əsaslanan texniki tərəqqiyə yönəlik cəmiyyətin yaradılması ilə bağlı təklifini rədd edib.
Yerli medianın məlumatına görə, bu barədə Prezident Mahmud Abbas açıqlama verib.
O bildirib ki, Qəzza zolağı ölkəsinin bölünməz bir parçasıdır və istənilən siyasi həll yolu paytaxtı Qüds olan bütün Fələstin ərazilərini əhatə etməlidir.
ABŞ-nin “The Wall Street Journal” nəşri isə qeyd edib ki, Misir İsraildən fərqli olaraq sözügedən ərazilərdə HƏMAS və digər fələstinli qruplardan ibarət texnokratik keçid hökumətinin qurulmasını təklif edir.
Rəsmi Qahirə tərəflər üçün həmçinin israilli girovların azad edilməsi müqabilində İsrail həbsxanalarında saxlanılan 140 fələstinli məhbusun azad edilməsi və döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan plan da hazırlayıb.
Nəşrin məlumatına görə, Misir rəhbərliyi artıq rəsmi Təl-Əvivlə sözügedən planın mümkünlüyü ilə bağlı məsələni müzakirə edib.
#Fələstin teqi istifadə olunub
