İsrailli general-mayor: ABŞ bizdən HƏMAS-ı məhv etməyimizi gözləyir
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ bizdən HƏMAS-ı məhv etməyimizi gözləyir”.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin Qəzza bölməsinin keçmiş komandiri general-mayor Qadi Şamni açıqlama verib. O bildirib ki, ABŞ “yaşıl işıq” yandırmasa belə, İsrail HƏMAS-ı tamamilə məğlub edənə və Qəzzanı silahsızlaşdırana qədər bu müharibəni dayandırmamalıdır.
Q.Şamninin sözlərinə görə, hərbi tapşırıq mürəkkəb olsa da, Müdafiə Qüvvələri bunu edə bilər. Çünki onun döyüşçüləri, silahları, döyüş ruhu və qətiyyəti var. Keçmiş komandir bu hərbi missiyanın 6-8 ay davam edəcəyini proqnozlaşdırıb.
Bundan əlavə, "Jerusalem Post" yazır ki, HƏMAS-ın Milli Təhlükəsizlik Qüvvələrinin komandanı Cehad Mheisen İsrailin hava hücumu nəticəsində məhv edilib. İsrail Müdafiə Qüvvələri bununla bağlı məlumat yaymasa da, onun Qəzza şəhərində Şeyx Radvan məhəlləsindəki evinə edilən hücumda ailə üzvləri ilə birlikdə öldüyü qeyd edilib.
"Times of Israel"in məlumatına görə isə Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 524 fələstinlini həbs edib ki, onlardan da 330-dan çoxunun HƏMAS-la əlaqəsi var.
#İsrail Müdafiə Qüvvələri teqi istifadə olunub
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
- "Nuxba" və HƏMAS ciddi itkilər verib
- İsrail Müdafiə Qüvvələri yenidən Qəzza zolağına zərbələr endirib - Baku TV CANLI
- İsrailin hərəkətlərinə Vaşinqtondan gözlənilməz reaksiya gəlib - Baku TV
- Məscid atəşə tutulub, ölən və yaralananlar var
