İsrailli girovlar ölkələrinə qaytarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailli girovların birinci qrupu Qırmızı Xaç Komitəsi əməkdaşları ilə birlikdə Qəzza zolağından çıxıblar.
Bu barədə İsrail rəsmisi məlumat verib. O bildirib ki, 13 nəfərdən ibarət İsrailli girovların birinci qrupu hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin əlindədir və təcili yardım maşınlarında Qəzza zolağının cənubundakı Xan-Yunisdən İsrailə gedən Rəfah keçidinə doğru irəliləyirlər.
Girovların ailələri doğmaları ilə qovuşacaqları İsrail xəstəxanalarına yola düşüblər.
Həmçinin Tailandın Baş naziri Settxa Txavisin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu zamanı əsir götürdüyü 12 taylandlı girovu azad etdiyini açıqlayıb.
Qeyd edək ki, atəşkəsin qüvvədə olduğu cəmi dörd gün ərzində HƏMAS silahlıları tərəfindən girov götürülən 200-dən çox girovdan ən azı 50-si azad ediləcək.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
