Pleyeri seçin:
İsrailli nazir Səudiyyə Ərəbistanına niyə gedib?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildən ilk dəfə bir nazir Səudiyyə Ərəbistanına səfər edib.
Xarici media xəbər verir ki, turizm naziri Haim Katz Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Turizm Təşkilatının konfransında iştirak edəcək. Konfrans 27-28 sentyabr tarixlərində keçiriləcək.
Katzın iki günlük səfəri çərçivəsində xüsusilə Yaxın Şərqdən olan həmkarları ilə görüşlər keçirəcəyi bildirilib.
Qeyd edək ki, İsrail və Səudiyyə Ərəbistanının hələlik diplomatik əlaqələri yoxdur. ABŞ administrasiyası Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Sudan və İsrail arasında əldə olunan normallaşma razılaşmalarında olduğu kimi Ər-Riyad və Təl-Əviv arasında oxşar razılaşmaya vasitəçilik edir.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
- İsrailin siyasi rəhbərliyi İrana qarşı əməliyyatla bağlı hərbi rəhbərliyə göstəriş verdi - Baku TV
