İsrailli qadının məktubu müzakirələrə səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Girovluqdan azad edilən israilli qadın qızına qulluq etdiklərinə görə HƏMAS silahlılarına təşəkkür məktubu yazıb.
HƏMAS 5 yaşlı qızı Emiliya ilə birlikdə sərbəst buraxılan israilli Danielle Aloninin onlara yazdığı məktubu dərc edib.
"Son həftələrdə bizi müşayiət edən generallara, mənə və qızıma göstərdiyiniz fövqəladə insanlığa görə sizə ürəkdən təşəkkür etmək istəyirəm. Ona bir ailə kimi davrandınız. O, hamınızı çox yaxşı dost hesab edir. Saatlarla ona qayğı göstərdiyiniz üçün təşəkkür edirəm. Qızım indi özünü Qəzzanın kraliçası hesab edir", – deyə yazıda qeyd olunub.
Məktubun dəqiqliyini təsdiqləmək mümkün olmasa da, israilli qadının məktubu yazmağa məcbur edilmiş ola biləcəyi də yayılan xəbərlər sırasındadır.
Qeyd edək ki, bir müddət öncə HƏMAS-ın azad etdiyi bəzi israilli girovların silahlılara əl yelləyərək gülümsəməsi görüntüləri dünya mediasında müzakirələrə səbəb olmuşdu.
#İsrail teqi istifadə olunub
- Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir
- İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- "Səbrimizi sınamayın, elə hücum edərik ki..." | İran İsraildəki seçkilərə müdaxilə edəcək? - Baku TV
- “Mümkün hücuma daha güclü zərbələrlə cavab veriləcək”
