İstefa verən İrakli Qaribaşvili bu təklifə "hə" dedi
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib.
Bu, barədə o, brifinq zamanı bildirib.
Gələcəklə bağlı planlarından danışan sabiq hökumət başçısı hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasına sədrlik təklifini qəbul etdiyini açıqlayıb:
“İctimaiyyətə komandamızla müzakirə etdiyimiz qərar barəsində məlumat vermək istəyirəm. Bu gün mən Baş nazir vəzifəsini tərk edirəm. Siyasi Şuradan təklif aldım ki, hakim partiyanın sədri vəzifəsini icra edim. Bu barədə fevralın 1-də Siyasi Şuranın iclası keçiriləcək. Yeni Baş nazirə uğurlar arzulayıram”.
Xatırladaq ki, İ.Qaribaşvili 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra o, 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə gəlib. Həmin vaxt o, ölkə tarixində ən gənc Baş nazir olub.
Gürcüstan mətbuatının məlumatına görə, İrakli Qaribaşvilini Baş nazir postunda hakim partiyanın sədri İrakli Kobaxidze əvəz edəcək.
#Gürcüstan teqi istifadə olunub
- Ləmbəlidə qanlı hadisə | Qardaşlara kim hücum etdi? - Baku TV CANLI
- "2-ni də divara qısnayıb..." | Gürcüstanda azərbaycanlı qardaşlar öldürüldü - Baku TV
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
