İstifadəçilərin məxfi məlumatları Çinə ötürülür? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“TikTok” 530 milyon avro cərimələnib. Səbəb istifadəçilərə aid məlumatların qanunsuz olaraq Çinə göndərilməsidir.
Bunu irlandiyalı məxfilik mütəxəssisi “Politico”ya deyib.
İrlandiyanın Məlumatların müdafiəsi komissiyası bildirib ki, “TikTok” Avropa İttifaqının əsas müddəalarından birini pozub. Çünki avropalılara aid informasiyanın Çinə göndərilməsi qəbuledilməzdir.
Çin qaydalarına görə isə bu video kontent lazımi məlumatları hökumətə təqdim etməlidir. Qayda pozuntuları 2020-2022-ci illərdə qeydə alınıb. Çünki iki il ərzində “TikTok” məlumatların Çinə ötürülməsi barədə istifadəçiləri məlumatlandırmayıb.
Şirkət istifadəçilərin məlumatlarını Çin tərəfə ötürdüyü üçün 485 milyon, məxfilikdə şəffaflığı təmin etmədiyinə görə isə 45 milyon avro cərimələnib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
