İtkin erməni əsgərlərin valideynləri yolu bağladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Müdafiə Nazirliyinin Üçkilsədə yerləşən “Ximiki” hərbi hissəsinin itkin düşən hərbçilərinin valideynləri İrəvana yollanaraq hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, onlar Nikol Paşinyanla görüş tələb edirlər.
“Üç ilə yaxındır ki, oğullarımızla bağlı heç bir məlumat ala bilmirik, Milli Təhlükəsizlik Xidməti normal işləmir, bütün strukturlar uşaqlarımızı unudub. Nikol Paşinyan, de görüm, uşaqlarımız haradadır?”, – deyə erməni əsgərlərdən birinin valideyni etirazını bildirib. O həmçinin əlavə edib ki, Ermənistan hakimiyyəti üç ildir ki, “yatıb”.
“Ölən və ya yaralanan əsgərlər arasında bir nəfər göstərə bilərsinizmi ki, o dövlət məmurunun övladı olsun? Paşinyan hər dəfə boş vədlər verir. Məhkəmə işləmir, biz hər dəfə 100 km məsafəni gedib-gəlirik, sonda hakim beş dəqiqə aşağı düşür, bir-iki yalan söyləyərək bizi geri göndərir və deyir: “iki ay sonra gəlin, beş ay sonra gəlin”. İnsanları gərəksiz addımlar atmağa məcbur etməsinlər.
Ola bilər ki, maşınıma bayraq taxıb Azərbaycan tərəfə keçim. Deyəcəyəm ki, mən Azərbaycan vətəndaşı olmaq istəyirəm, Ermənistan vətəndaşı olmaq istəmirəm. Oğlumu mənə qaytarın, gedib Azərbaycan pasportu alacağam”, – deyə o bildirib.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
