Pleyeri seçin:

Kadırov özbək məmura sui-qəsddən danışıb | Sensasiyalı iddia

11 noyabr 2024 384 baxış

Çeçenistan rəhbəri Ramzan Kadırov Özbəkistanın Prezident Administrasiyasının keçmiş əməkdaşı Komil Allamjonova qarşı sui-qəsd işində “çeçen izi”ndən bəhs edib.

Çeçenistan rəhbəri bu barədə öz sosial şəbəkə hesabında yazıb:

“Bir neçə həftə əvvəl Özbəkistanda içərisində Prezident Administrasiyasının keçmiş məmurunun olduğu avtomobil atəşə tutulub. Heç kim xəsarət almayıb. Şübhəlilərdən biri artıq saxlanılıb, istintaq bütün əli olanları və sui-qəsdin motivlərini müəyyən etməlidir. Amma nəticəni gözləmədən ölkədəki qərbyönlü və bəzi müxalifət mediası ortaya “çeçen izi” ilə bağlı versiya atıb, sonra bu izi gətirib mənə calayıblar. Mən bu təxribatçı şeylərə cavab vermək fikrində deyiləm”.

Ramzan Kadırov Şavkat Mirziyoyevin müdrik siyasətini, informasiya və hüquq-mühafizə sahəsində mükəmməl fəaliyyətini qeyd edib.

“Yalnız onu əlavə edəcəyəm ki, əgər həqiqətən nəyisə planlaşdırsaydım, onu sona qədər və 100 % nəticə ilə görərdim”, – Ramzan Kadırov bildirib.

O həmçinin əlavə edib ki, çeçenlər və özbəklər ortaq tarixi keçmişə malik qardaş xalqlardır. R.Kadırov özbək xalqını, onun əxlaqını sevən atasının adını çəkib.

“Mən bu informasiya zibilini müəyyən üçüncü tərəflərin siyasi oyun aləti və ölkələrimiz arasında nifaq salmağa açıq cəhd kimi qiymətləndirirəm. Əminəm ki, Qərb saxtakarlığı üslubunda başqa nəşrlər də gələcək. Nə olursa, olsun, mən və Özbəkistandakı əziz qardaşlarım bu təxribatçı informasiya zibilinin arxasında kimin dayandığını mütləq tapacağıq. Artıq iş gedir”, – deyə o əlavə edib.

Banner
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 384 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 384 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 384 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 384 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 384 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 384 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 384 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 384 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 384 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 384 baxış
Seçilmişlər
icon