Kadırov qoşunlarını İsrail-Fələstin savaşı üçün hazırlayır: yeni koalisiya?
Yeniliklərdən dərhal xəbərdar olun
“Mən müsəlman ölkələrinin liderlərinə müraciət edirəm – koalisiya yaradın və dost adlandırdığınız şəxsləri, Avropanı və bütün Qərbi çağırın ki, yaraqlıları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar”.
Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Fələstini dəstəkləyirik. Biz digər münaqişələrdən fərqli olaraq daha çox şeyə çevrilə bilən bu müharibənin əleyhinəyik”, – o bildirib.
Kadırovun sözlərinə görə, İsraildə olduqları zaman dinc nümayəndə heyətlərinə qarşı açıq-aşkar təxribat cəhdləri ilə üzləşiblər:
“Ona görə də mən həm müharibəni dayandırmağa, həm də vəziyyətin hər hansı formada gərginləşməməsinə çağırıram. Ehtiyac yaranarsa, bölmələrimiz asayişi bərpa etmək və istənilən fitnəkarlara qarşı durmaq üçün sülhməramlı qüvvələr kimi fəaliyyət göstərməyə hazırdır”.
#Ramzan Kadırov teqi istifadə olunub
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
- Putin prezident seçkilərində Kadırovu dəstəklədiyini ifadə etdi
- 18 yaşlı Adam Kadırov Rusiyanın ən gənc mayoru oldu
- Kadırovdan seçki ilə bağlı açıqlama
