Pleyeri seçin:

Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı durmadan artır

13 yanvar 2025 410 baxış

Kaliforniyada baş verən yanğınlarda azı 24 nəfər həlak olub.

Bu barədə Los-Anceles dairəsinin Tibbi Ekspertiza İdarəsi məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

Bu arada, Los-Anceles yanğınları 8 milyon insanı təhdid edir. Belə ki, ABŞ-nin Los-Anceles dairəsində meşə yanğınlarının yaylmasına səbəb olan quru, küləkli hava şəraiti səbəbindən Cənubi Kaliforniya yaxın günlərdə kritik yanğın təhlükəsi altında qalacaq. Bu barədə “ABC News” telekanalı xəbər verib.

“8 milyondan çox insan kritik yanğın təhlükəsi zonasındadır”, – deyə telekanal bildirib.

Məlumata görə, bu vəziyyət yanvarın 15-nə qədər davam edəcək.

Qeyd edək ki, Los-Ancelesdə şiddətli meşə yanğınları yanvarın 7-də başlayıb. Yanğının genişlənməsinə şərait yaradan qasırğalı küləklər vəziyyəti daha da ağırlaşdırır.

Qeyd edilir ki, yanğın hidrantlarında su çatışmazlığı da alovun söndürülməsini çətinləşdirir. Yanğınlar səbəbindən 180 minə yaxın insan evini tərk etmək məcburiyyətində qalıb, minlərlə bina yanıb. Hollivudun bir çox məşhurları Los-Ancelesdəki evlərini itirib. ABŞ Prezidenti Co Bayden yanğınları böyük fəlakət elan edib və Kaliforniya ştatına federal yardımla bağlı göstəriş verib.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 410 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 410 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 410 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 410 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 410 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 410 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 410 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 410 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 410 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 410 baxış
Seçilmişlər
icon