Katolikos-Patriarx II İliya vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya vəfat edib.
Bu barədə "Mtavari Arxi" televiziya kanalı məlumat verib.
Qeyd olunub ki, II İliya 93 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Patriarxın yerli nümayəndəsi yepiskop Şio Muçiro II İliyanın vəfatını təsdiqləyib. Onun ağciyər, böyrək və ürək çatışmazlığı nəticəsində vəfat etdiyi bildirilir.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib ki, bütün Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs II İliya martın 18-də Müqəddəs Üçlük Kafedralında dəfn olunacaq.
Əlavə edək ki, II İliyanın vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub. Bildirilib ki, hökumətin qərarı ilə ölkə daxilində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
