Kaxovkadakı partlayış 80 yaşayış məntəqəsinə təhlükə yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Kaxovka su elektrik stansiyasını Rusiya Ordusunun 205-ci motoatıcı briqadası partladıb”.
Bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak yerli televiziya kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ilkin məlumatdır. Hazırda bütün informasiyalar yoxlanılır.
Ukraynanın Baş naziri Denis Şmıqal isə bildirib ki, Kaxovka su elektrik stansiyasında baş vermiş fövqəladə hadisədən sonra Ukraynanın təxminən 80 yaşayış məntəqəsi daşqın təhlükəsi ilə üzləşib. Onun sözlərinə görə, insanların təxliyəsi üçün tədbirlər görülür.
Hadisəyə dünyanın reaksiyası da gecikməyib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkə hesabında etdiyi paylaşımda baş verən partlayışa görə Rusiyanın məsuliyyət daşıdığını bildirib. O, bu hadisəni “hərbi cinayət” adlandırıb.
#Kaxovka Su Elektrik Stansiyası teqi istifadə olunub
