Keçmiş baş katib alyansın gələcəyi barədə danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Atlantika Alyansının əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz.
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bunu "Der Spiegel" jurnalına müsahibəsində deyib.
"NATO-nun əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz. Amma düşünürəm ki, dövlət və hökumət başçıları indi gələcək ssenarilər barədə daha az spekulyasiya etməli və təcili olaraq lazım olan tədbirlərə diqqət yetirməlidirlər", – deyə Stoltenberq bildirib.
Onun fikrincə, NATO-nun Avropa üzvü olan ölkələri müdafiə xərclərini daha əvvəl artırmağa başlamalı idilər. "Onlar bunu etməyə başlayıblar: biz Almaniya da daxil olmaqla müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını gördük. Amma təbii ki, bütün bunlar daha sürətli baş verə bilərdi", – deyə alyansın keçmiş baş katibi qeyd edib.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- NATO müttəfiqləri Trampın Rusiya planından xəbərsiz qalıb? - Baku TV CANLI
- Super uzaqmənzilli raketlər hansı ölkələrin arsenalında olacaq? - Baku TV
- Uzaqmənzilli raketlər hazırlanır | Bu ölkələr Rusiyaya zərbə endirəcək? - Baku TV CANLI
- Monteneqro və Albaniya NATO-dan kömək istəyib
- Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI
