Keçmiş Baş nazirdən təcili çağırış | Bunun qarşısını almaq üçün birləşin
Yeniliklərdən dərhal xəbərdar olun
Moldova ictimaiyyəti və siyasətçiləri Ukrayna ssenarisinin ölkədə təkrarlanmasına imkan verməməlidirlər.
Bunu ölkənin keçmiş baş naziri, Respublikanın İnkişaf və Birlik Partiyasının lideri İon Kiku deyib.
O qeyd edib ki, hazırda Ukraynada ölkənin və onun sakinlərinin taleyi ilə heç maraqlanmayan böyük geosiyasi oyunçular mübarizə aparır.
“Təəssüf ki, bu, böyük oyunçuların sırf ərazi kimi baxdığı Moldovaya da aiddir”, – deyə siyasətçi bildirib. İ.Kiku siyasətçiləri və ictimaiyyəti Moldovanın hərbi əməliyyatlara cəlb olunmasının qarşısını almaq üçün qüvvələri birləşdirməyə çağırıb.
İyulun 5-də Moldova hakimiyyətinin Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazır olduğu bildirilib. Respublika Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq razılıq Ukrayna, Moldova və Rumıniya xarici işlər nazirlərinin Kişinyovda keçirilən görüşü çərçivəsində əldə olunub.
Tərəflər enerji məsələlərindən əlavə, regionda təhlükəsizlik və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Üçtərəfli sazişdə xüsusilə vurğulanır ki, Rumıniya və Moldova Ukrayna lideri Volodimir Zelenskinin “sülh formulunu” dəstəkləyir və Kiyevin mövqeyini nəzərə alaraq münaqişənin həlli istiqamətində səyləri alqışlayır. Bundan əvvəl Moldova NATO üçün “təhlükəsizlik təminatçısı” olmaq arzusunu ifadə edib.
#Moldova teqi istifadə olunub
- Dünyanı yeni hərbi əməliyyatlar gözləyir? - Baku TV CANLI
- Rusiyanın hücumları nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi vurulub - Baku TV CANLI
- "Öz səslərini mənə etibar etdilər" | Şərqi Avropanın azərbaycanlı meri - Baku TV
- ”Gənclərimiz çox fəaldır” | Həmvətənimiz Orhey şəhərində mer seçkilərini qazanıb - Baku TV
- “Hamıya yazığım gəlir...” | Moldovanlardan Rumıniyaya birləşmək təkliflərinə reaksiya - Baku TV
