Pleyeri seçin:
PKK İraqın şimalında daha bir rayonı boşaltdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
PKK terror təşkilatının rəhbərliyi İraqın şimalında, Kərkük vilayətində yerləşən Əz-Zab rayonundan öz birləşmələrini çıxardığını elan edib.
Bu barədə "Rudaw" telekanalı məlumat yayıb.
PKK rəhbərliyinin bəyanatına görə, təşkilat üzərinə münaqişə ehtimalı olan sərhədyanı rayonlarda qarşıdurmanın qarşısını almaq üçün tədbirlər görmək öhdəliyi götürüb.
Bu qərara əsasən, PKK birləşmələri noyabrın 16-sı axşam saatlarında münaqişə ehtimalı olan Əz-Zab rayonundan çıxaraq digər münasib rayonlarda yerləşiblər.
Vurğulanıb ki, bu regionda münaqişə riski tamamilə aradan qaldırılıb və qüvvələrin Əz-Zabdan geri çəkilməsi sülh prosesinə mühüm praktiki töhfə olacaq.
Kopyalandı
#İraq teqi istifadə olunub
- İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
