Kiyev atəşə tutuldu : ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 1-də gecə saatlarında Ukraynanın paytaxtı Kiyev atəşə tutulub. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
İlkin məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Kiyevi atəşə tutması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
V.Kliçkonun sözlərinə görə, paytaxtın 2 rayonunda zərərsizləşdirilən hədəfin qalıqlarının düşməsi qeydə alınıb. Ölənlərin hamısı Desnyanski rayonunda olub.
Kiyevdə və Ukraynanın bir çox bölgələrində hava hücumundan xəbərdarlıq elan olunub. Şəhərdə silsilə partlayışlar baş verib. “Hava hücumundan müdafiə vasitələri işləyir. Sığınacaqlarda olun!”, – deyə V.Kliçko “Telegram”da yazıb. Eyni zamanda Kiyevin Desnyanski rayonunda şəhər poliklinikalarından birinə ziyan dəyib.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
