Kiyev bunu bilərək edir | Belarus Prezidentindən iddia
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukraynanın Kursk bölgəsindəki hərəkətləri Rusiyanın taktiki nüvə silahından istifadə etməsi üçün qəsdən düşünülmüş təxribat ola bilər”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, Kiyev Moskva ilə münaqişədə bilərəkdən gərginliyi artırır.
“Qərb açıq şəkildə Ukrayna münaqişəsinə qarışa bilər – NATO qoşunları sərhədyanı ərazilərə daxil olmağa can atır. Hazırda 120 min Ukrayna hərbçisi Belarus Respublikası sərhədləri yaxınlığında cəmləşib. Ukrayna əhalisinin əksəriyyəti Kiyev rejiminin planlarını dəstəkləmir. Əhalinin 70%-i artıq Zelenskiyə nifrət edir”, – deyə A.Lukaşenko bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Belarus böyük hərbi birləşmələri, o cümlədən tank briqadalarını Ukrayna ilə sərhədə yerləşdirib. Buna Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin respublikanın hava məkanını pozması səbəb olub.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
