Kiyev sakinləri dəhşət içində oyandı | Müharibədə gərgin vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 31-i səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhəri raket və dron hücumuna məruz qalıb. Yaşayış binaları zədələnib, yanğın baş verib.
Kiyevin 4 rayonuna endirilən zərbələr nəticəsində 6 nəfər ölüb, 52 yaralı var. Axtarış xilasetmə işləri aparılır. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır. Ölü sayının arta biləcəyi istisna olunmur. Xəsarət alanlardan 9-u uşaq, 3-ü polis əməkdaşıdır.
Bununla yanaşı, Ukrayna Ordusunun cavab atəşləri nəticəsində son sutkada Rusiyanın 1070 hərbçisi öldürülüb. 16 artilleriya sistemi sıradan çıxarılıb. Rusiya Ordusu Çasov Yar istiqamətində möhkəmlənib.
Ukraynanın müdafiə xəttinin 1,5 kilometr dərinliyinə irəliləmə qeydə alınıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ordu Donetskin Karpovka istiqamətində möhkəmlənib.
Ukraynaya məxsus 32 dronun ələ keçirildiyi də bildirilib. PUA-lar Volqoqrad, Krım, Voronej, Belqorod, Tambov və Rostov vilayətlərinin səmasında vurulub.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
