Kiyev üçün qorxulu gecə | Şəhərdə matəm elan olundu - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 2-də Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb. Əsasən ballistik raketlərdən ibarət olan zərbələr nəticəsində paytaxtın mərkəzi Peçersk rayonu da daxil olmaqla bir sıra ərazilərində ciddi dağıntılar müşahidə olunur.
İyulun 3-ü Kiyevdə matəm elan olunub. Paytaxtdan başqa Dneprepetrovsk, Çerniqov, Sumı və Xarkov vilayətləri də hücumlara məruz qalıb. Ümumilikdə Rusiya ordusu iyulun 2-də ölkə üzrə 600-ə qədər müxtəliftipli dron, 60-a yaxın müxtəliftipli ballistik raket atıb. Ukrayna Silahlı Qüvvələri tərəfindən onların əksəriyyətinin zərərsizləşdirildiyi bildirilir.
“Gecə yatmışdıq, qəfil hücum başladı. Nə baş verdiyini heç anlamadım. Raketlər ard-arda uçmağa başladı və güclü partlayış səsləri qopdu. Möcüzə nəticəsində dəhlizə keçib bir stol götürdüm. Qapıya tərəf atıldım, amma aça bilmədim. Sonra xilasedicilər gəlib məni oradan çıxardılar. Əsas odur ki, sağ qaldım. Doğrusu, sağ çıxacağıma heç inanmırdım”, – deyə Kiyev sakinlərindən biri bildirib.
Ən son məlumata görə, Rusiya tərəfinin Kiyevə ballistik və qanadlı raketlər, eləcə də dronlarla etdiyi hücum nəticəsində 20-yə yaxın insan həyatını itirib, yüzlərlə zərərçəkənin olduğu bildirilir.
#Raket hücumu teqi istifadə olunub
- Gəncənin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasınının ildönümüdür - Baku TV
- Səudiyyə Ərəbistanının əsas hava limanlarından biri raket hücumuna məruz qalıb - Baku TV
- Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür - Baku TV
- Səudiyyə Ərəbistanının əsas hava limanlarından biri raket hücumuna məruz qalıb - Baku TV CANLI
- Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə
