Kiyevə atılan ballistik raketin qarşısını almaq mümkün olmadı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 5-də gecədən səhərə qədər Ukraynanın paytaxtı Kiyev şəhəri və vilayəti Rusiya Ordusu tərəfindən kütləvi raket və dron hücumlarına məruz qalıb.
Zərbələr nəticəsində paytaxtda və vilayət ərazisində xeyli sayda ticarət obyekti və poçt sistemi zərər görüb.
Budəfəki hücumun fərqliliyi Ukrayna Hava Hücumundan Müdafiə sistemlərinin ballistik raketləri dəf etmək üçün resurs çatışmazlığı ilə üzləşməsi olub. Nəticədə, atılan ballistik raketlərin, demək olar ki, hamısı hədəfə çatıb.
Hücumlar nəticəsində ümumilikdə 17 nəfər həlak olub, 45-dən çox insan isə yaralanıb.
Hadisənin şahidi olan Kiyev sakinləri baş verənlərlə bağlı Baku TV-yə danışıblar.
“Çox çətin və dəhşətli idi. Uşaqlarımız böyük sarsıntı keçirir. Zərbə endirilən ərazinin yaxınlığında yaşayıram, möcüzə nəticəsində sağ qaldıq. Hücumlar çox tez-tez təkrarlanır. Çətin də olsa dözürük, çünki hamımız yaşamaq istəyirik”, – sakinlərdən biri söyləyib.
Digər bir Kiyev sakini isə qeyd edib: “Çox qorxulu idi. Burada belə hallar tez-tez yaşanır, hər gün kimisə itiririk”.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
