Kiyevə dəhşətli hava hücumu | Müharibə alovlandı, Rusiya hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın paytaxtı Kiyev Rusiya Ordusunun hava hücumlarına məruz qalıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat verib.
Hücum şəhərin müxtəlif ərazilərində ən azı 6 yerə ziyan vurub. Bunlara çoxmərtəbəli binalar və fərdi evlər daxildir. Hücumlar nəticəsində 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Bundan başqa, çoxmərtəbəli yaşayış binasına da ziyan dəyib.
Bildirilib ki, ruslar yenidən paytaxta kütləvi hücum ediblər. Paytaxtda Hava Hücumundan Müdafiə sistemləri aktivdir. Şəhərin meri Vitali Kliçko isə hücumların Solomyanski rayonunda 25 mərtəbəli yaşayış binasının birinci və ikinci mərtəbələrində yanğına səbəb olduğunu bildirib. Bundan başqa, şəhərin müxtəlif ərazilərində yerləşən yaşayış binalarına ziyan dəyib və nəticədə, bir neçə yerdə yanğın baş verib.
Dövlət Təcili Yardım Xidməti 3-ü uşaq olmaqla 52 nəfəri təxliyə etdiyini açıqlayıb. Həmçinin Rusiya Ordusunun Kiyevə hücumları nəticəsində şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.
#Kiyev teqi istifadə olunub
- Strateji Cənub körpüsü vuruldu | Kiyevdə gecə saatlarında güclü partlayışlar - Baku TV
- Kiyevə zərbələr gücləndi: azərbaycanlılar necə yaşayır? - “Sağ qalmaq istəyirik, xeyli adam ölür...”
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
- Kiyevin əsas enerji obyektinə ballistik raket zərbəsi | Zelenskidən Qərbə irad - Baku TV CANLI
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
